Sumqayıt yolunda yeni geridönmə hissəsi yaradılıb

Sumqayıt yolunda yeni geridönmə hissəsi yaradılıb Sumqayıt yolunda yeni geridönmə hissəsi yaradılıb
İnfrastruktur
9 İyul , 2020 16:56
Sumqayıt yolunda yeni geridönmə hissəsi yaradılıb

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun "Xırdalan dairəsi" istiqamətində avtonəqliyyat vasitələrinin geri dönməsini təmin etmək məqsədi ilə sözügedən avtomagistralın təqribən 8-ci km-də yerləşən və dəmir yolu üzərində inşa olunmuş yol ötürücüsünün alt hissəsində 2 hərəkət zolaqlı yeni geridönmə hissəsi yaradılıb.

Bu barədə “Report”a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Məlumata görə, yeni yol hissənin yaradılması ilə uzun məsafə qət edib geridönmə əməliyyatını "Xırdalan dairəsi"ndən etməyə lüzum qalmayacaq. Bu isə, öz növbəsində, "Xırdalan dairəsi" ətrafında yaşanan tıxac və ləngimələrin aradan qaldırılmasına müsbət mənada təsir edəcək.

Yeni yol hissəsi bir istiqamətlidir və yalnız paytaxta doğru geridönməni təmin edir.

Son xəbərlər

Orphus sistemi