Xəzər dənizində gəmi-bərələrin sayı artırılacaq

Xəzər dənizində gəmi-bərələrin sayı artırılacaq Xəzər dənizində hazırda gəmi-bərələrlə bağlı problemlər var və onun həlli üçün müəyyən işlər həyata keçirilir.
İnfrastruktur
14 Fevral , 2024 10:54
Xəzər dənizində gəmi-bərələrin sayı artırılacaq

Xəzər dənizində hazırda gəmi-bərələrlə bağlı problemlər var və onun həlli üçün müəyyən işlər həyata keçirilir.

Bunu “Report”a açıqlamasında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Hökumətlərarası Komissiyasının Azərbaycan üzrə milli katibi Rüfət Bayramov bildirib.

Onun sözlərinə görə, hazırda Orta Asiya-Türkiyə istiqamətində yükdaşımalar artır: “Xəzər dənizində gəmi-bərələrlə bağlı çatışmazlıq hiss edilir. Hazırda bu problem üzərində düşünülür. Bərələrin tipi, ölçüsü, texniki göstəriciləri ilə bağlı məsələlər nəzərdən keçirilir. Əsas məsələ bərələrin mövcud yük həcmini emal edə bilməsidir”.

“TRACECA olaraq bu istiqamətdə müəyyən tədqiqat aparırıq. Xəzərdə tələb edilən gəmi-bərələrin optimal həcmini, sayını, ölçüsünü müəyyən etməliyik. Bundan sonra Xəzəryanı ölkələrlə artıq həmin gəmilərin istehsalı və istismarı ilə bağlı proseslər davam edəcək”, -deyə R. Bayramov qeyd edib.

Xatırladaq ki, TRACECA Avropa İttifaqının MDB-yə göstərdiyi texniki yardım çərçivəsində həyata keçirilən xüsusi layihədir. Layihə 1993-cü ilin mayında Belçikanın paytaxtı Brüsseldə keçirilmiş konfransda 8 ölkənin iştirakı ilə qəbul edilib.

Son xəbərlər

Orphus sistemi