Xəzər Dəniz Neft Donanmasının kran gəmisi istismara qaytarılıb

Xəzər Dəniz Neft Donanmasının kran gəmisi istismara qaytarılıb Təmirdən sonra “Atamoğlan Kərimov” kran gəmisi dəniz sınağına çıxarılıb
İnfrastruktur
13 Mart , 2021 11:48
Xəzər Dəniz Neft Donanmasının kran gəmisi istismara qaytarılıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasının “Atamoğlan Kərimov” kran gəmisi təmir edilib.

Bu barədə "Report" ASCO-ya istinadən xəbər verir.

Məlumata görə, “Bibiheybət” Gəmi Təmiri Zavodunda aparılan təmir müddətində gəminin baş mühərrikləri sazlanıb. Nasoslarda, boru sistemlərində, ballast-qurutma sistemlərinin idarəetmə klapanlarında, xilasedici qayıqlarda, mexanizm və elektrik avadanlıqlarının avtomatik idarəetmə sistemlərində cari təmir işləri görülüb. Gəmi tərsanəyə qaldırılıb, sualtı hissə və suüstü hissə təmizlənərək rənglənib. Gövdənin sualtı və suüstü hissəsində zədələmnmiş sahələr dəyişdirilib.

Bundan başqa, gəminin hərəkət-sükan kompleksi, dib-yan armaturları, protektor qurğuları təmir olunub. Təmirdən sonra “Atamoğlan Kərimov” kran gəmisi dəniz sınağına çıxarılıb. Sınaq işləri uğurla başa çatıb və gəmi istismara qaytarılıb.

Son xəbərlər

Orphus sistemi