Xətai rayonunda içməli su problemi olacaq

Xətai rayonunda içməli su problemi olacaq Bu, yenidən qurulmuş şəbəkələrin mövcud magistral xətlərə birləşdirilməsi ilə bağlıdır
İnfrastruktur
8 İyul , 2016 11:57
Xətai rayonunda içməli su problemi olacaq

Bakı. 8 iyul. REPORT.AZ/ Bu gün Bakı şəhərinin Xətai rayonunda istehlakçılara içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

"Azərsu" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, bununla əlaqədar Xətai rayonunun Telnov, Şıxlı, Mehmandarov, Tusi, Neapol, M.Rüstəmov, Sarayevo küçələrinə və Gəncə prospektinin bir hissəsinə içməli suyun verilməsində fasilələr olacaq. Bu, istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə yenidən qurulmuş şəbəkələrin mövcud magistral xətlərə birləşdirilməsi ilə bağlıdır.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Son xəbərlər

Orphus sistemi