Xarici sularda üzən dənizçilər Azərbaycanın haqq səsini dünyaya çatdırır

Xarici sularda üzən dənizçilər Azərbaycanın haqq səsini dünyaya çatdırır “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) üçrəngli bayrağımız altında xarici sularda istismar olunan gəmilərində üzən dənizçiləri Azərbaycanın haqq işinə və Milli Ordumuzun qətiyyətli mübarizəsinə dəstək nümayiş etdiriblər.
İnfrastruktur
2 Oktyabr , 2020 17:53
Xarici sularda üzən dənizçilər Azərbaycanın haqq səsini dünyaya çatdırır

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) üçrəngli bayrağımız altında xarici sularda istismar olunan gəmilərində üzən dənizçiləri Azərbaycanın haqq işinə və Milli Ordumuzun qətiyyətli mübarizəsinə dəstək nümayiş etdiriblər.

“Report”un ASCO-ya istinadən verdiyi məlumata görə, dənizçilər çalışdıqları gəmilərin göyərtəsində əllərində Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida işarəsi” fikrini əks etdirən posterlə foto çəkdirib və bu fotoları #Karabakh #AllForKarabakh #KarabakhIsAzerbaijan həştəqlərindən istifadə edərək sosial şəbəkələrdə paylaşıblar.

Vətəndən uzaqda çalışan dənizçilər bu yolla Ermənistanın yalanlarına və təcavüzkar siyasətinə qarşı çıxdıqlarını, Qarabağın Azərbaycana məxsus olduğunu diqqətə çatdırıblar.

Bu təşəbbüsə ASCO-nun Xəzərdənkənar sularda fəaliyyət göstərən “Şair Vaqif”, “Şair Sabir”, “Natəvan”, “Hüseyn Cavid”, “Laçın”, "Gəncə" gəmiləri qoşulub.

Bir daha vurğulayaq ki, Azərbaycan dənizçiləri harada üzmələrindən asılı olmayaraq hər zaman Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşiblər. Fədakar dənizçilər Milli Ordumuzla fəxr edir, xalqımıza davamlı qələbə sevincləri arzulayırlar.

Son xəbərlər

Orphus sistemi