Sentyabrın 6-da Xaçmaz rayonunun Nabran qəsəbəsindəki “Lokomotiv” İstirahət Mərkəzinin idman kompleksində 13 oktyabr – dəmir yolu işçilərinin peşə bayramına həsr olunmuş növbəti idman spartakiadası start götürüb.
“
O bildirib ki, son illər ərzində dəmir yolunda bir sıra islahatlar həyata keçirilib. Bütün bu işlərdə MHRİK ADY-nin rəhbərliyi ilə əlbir fəaliyyət göstərir.
Diqqətə çatdırılıb ki, ölkəmizdə bədən tərbiyəsi və idmanın daha da inkişaf etdirilməsi istiqamətində böyük işlər həyata keçirilir. Prezident
Hər il MHİRK-in müvafiq qərarına uyğun olaraq, 13 oktyabr – dəmir yolu işçilərinin peşə bayramı ərəfəsində dəmiryolçuların spartakiadası keçirilir. Budəfəki yarışların bir hissəsi isə Nabran qəsəbəsindəki “Lokomotiv” İstirahət Mərkəzində reallaşır.
Spartakiadanı açıq elan edən komitə sədri idmançılara uğurlar arzulayıb.
Sonra yarışlara start verilib. Cəmiyyətin departament və idarə kollektivlərinin komandaları idmanın voleybol, mini futbol, stolüstü tennis, dama və şahmat üzrə yarışlarda mübarizəyə qoşulublar. ADY-nin sədri Cavid Qurbanov yarışları izləyib.
Qeyd edək ki, yarışlar ADY-nin inzibati binasında və Xaçmaz rayonunun Nabran qəsəbəsindəki “Lokomotiv” İstirahət Mərkəzinin idman kompleksində keçirilir.
Dəmiryolçuların idman spartakiadası sentyabr ayının sonuna kimi davam edəcək. 13 oktyabr – dəmir yolu işçilərinin peşə bayramı ərəfəsində spartakiada qaliblərinə kuboklar, pul mükafatları və diplomlar təqdim ediləcək.