Xaçmazda abadlaşdırmaya 1 milyon manatdan çox xərc çəkiləcək

İnfrastruktur
  • 06 sentyabr, 2022
  • 05:12
Xaçmazda abadlaşdırmaya 1 milyon manatdan çox xərc çəkiləcək

Xaçmaz Rayon İcra Hakimiyyəti builki abadlıq işləri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Taleh-A.T." Müəssisəsidir.

Qalib şirkətə 1,228 milyon manat ödəniləcək.