WizzAir: 2015-ci ildə Bakıya uçuşlarımız olmayacaq

WizzAir: 2015-ci ildə Bakıya uçuşlarımız olmayacaq Şirkət AZAL-ın vitse-prezidetinin dediklərinə də münasibət bildirib
İnfrastruktur
24 İyul , 2015 11:23
WizzAir: 2015-ci ildə Bakıya uçuşlarımız olmayacaq

Bakı. 24 iyul. REPORT.AZ/ "WizzAir aviaşirkəti Bakıya uçuşlarını bu şəhərin hava limanı birtərəfli şəkildə bizimlə müqavilənin müddəalarını dəyişdirdikdən sonra dayandırıb. Şirkət nə Azərbaycanda, nə də başqa bir yerdə tələb olunan xidmət haqqlarını ödəməkdən imtina edib".

Bu barədə "Report"un sorğusuna cavab olaraq, Macarıstanın WizzAir lou-kost aviaşirkətinin mətbuat xidmətindən AZAL-ın vitse-prezidenti Arif Məmmədovun "Azərbaycan Hava Yollarının" WizzAir-a heç bir maneəçilik törətmədiyi və lou-kost şirkətinin Azərbaycan bazarını özü tərk etdiyi ilə bağlı fikirlərini şərh edərək bildiriblər.

Macar şirkətindən, həmçinin bildirilib ki, WizzAir xidmətlə bağlı qərarları bir sıra amillərə əsaslanaraq qəbul edir. Bundan başqa, aviaşirkət bildirib ki, 2015-ci ildə Bakıya uçuşlar bərpa olunmayacaq, çünki şirkətin bu il üçün iş qrafiki artıq müəyyən edilib: "Lakin şirkət bu məsələ ilə bağlı istənilən yeni təklifini nəzərdən keçirməyə hazırdır. Əgər hava limanı rüsumları və uzunmüddətli saziş bizə Azərbaycana ucuz qiymətə uçuşları yerinə yetirməyə imkan versə, bu barədə əvvəlcədən xəbər veriləcək".

Son xəbərlər

Orphus sistemi