“Wizz Air” Gürcüstandan uçuşları bərpa edir

“Wizz Air” Gürcüstandan uçuşları bərpa edir Macarıstanın aşağı büdcəli aviaşirkəti “Wizz Air” Gürcüstanın Kutaisi beynəlxalq hava limanından uçuşları bu ayın sonundan bərpa edəcək
İnfrastruktur
4 Mart , 2021 12:38
“Wizz Air” Gürcüstandan uçuşları bərpa edir

Macarıstanın aşağı büdcəli aviaşirkəti “Wizz Air” Gürcüstanın Kutaisi beynəlxalq hava limanından uçuşları bu ayın sonundan bərpa edəcək.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava məlumat verib.

Nazirin sözlərinə görə, aviaşirkətin 20 istiqamət üzrə həftədə 45 reys yerinə yetirməsi nəzərdə tutulub.

N.Turnava qeyd edib ki, mart ayının sonunda “Wizz Air Abu Dhabi” şirkəti Gürcüstanın aviasiya bazarına daxil olacaq və həftədə iki dəfə Əbu-Dabi-Kutaisi- Əbu-Dabi istiqaməti üzrə uçuşlar həyata keçirəcək.

Son xəbərlər

Orphus sistemi