“Son 5 ildə Bakının küçə və prospektlərdə həyata keçirilən layihələr hesabına sıxlıqlar aradan qaldırılıb”.
“Report” xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin sədri Vüsal Kərimli bildirib.
Onun sözlərinə görə, bu günə kimi 236 küçə və prospektdə layihələr həyata keçirilib: “Nəticədə sıxlıq halları aradan qaldırılıb, sürücü və piyada təhlükəsizliyi təmin edilib və sərnişin daşıma keyfiyyəti yüksəlib. Bundan əlavə, parklanma şəraitinin tənzimlənməsində də müsbət nəticələrə əldə olunub. BNA-nın fəaliyyəti dövründə 300-ə yaxın məntəqədə 5 300-dan çox əlavə parklama yeri təşkil edilib. Hazırda Bakıda 15 minə yaxın parklama yeri var. Bir sirkətlə razılığa gəlmişik, 2028-ci ilə qədər Piralllahiya qədər parklanma siyasəti həyata keçiriləcək".