Vaşinqton Avropa İttifaqını "Şimal axını-2"dən imtina etməyə çağırıb

Vaşinqton Avropa İttifaqını "Şimal axını-2"dən imtina etməyə çağırıb Bakı. 5 dekabr. REPORT.AZ/ ABŞ Dövlət Departamenti Avropa İttifaqını Kerç boğazında baş verən hadisə ilə əlaqədar Şimal axını-2 layihəsindən imtina etməyə çağırıb.
İnfrastruktur
5 Dekabr , 2018 02:56
Vaşinqton Avropa İttifaqını Şimal axını-2dən imtina etməyə çağırıb

Bakı. 5 dekabr. REPORT.AZ/ ABŞ Dövlət Departamenti Avropa İttifaqı Kerç boğazında baş verən hadisə ilə əlaqədar "Şimal axını-2" layihəsindən imtina etməyə çağırıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Dövlət Departamentindəki məmurlardan biri deyib.

"Kerçdə baş verən hadisə, sizə "Şimal axını – 2" sayəsində Ukraynadan yan keçməklə daha çox qaz infrastrukturuna malik olduqca, Rusiyanın hərbi təcavüzünün qarşısını almaq vasitənizin bir o qədər zəif olduğunu xatırlatdı", - deyə o bildirib.

Bundan əvvəl Avropa Parlamentində “Şimal axını-2” layihəsinin dayandırılmasını tələb edən qətnamə hazırlanıb.

Son xəbərlər

Orphus sistemi