Bakı. 1 dekabr. REPORT.AZ/ Avropa Parlamentində Rusiya ilə münasibətlərə dair qətnamə layihəsi hazırlanıb.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, sənəddə “Şimal axını-2” layihəsinin icrasının dayandırılması tələb edilir.
Xarici əlaqələr komitəsinə təqdim edilən layihənin müəllifi Latviyadan olan deputat Sandra Kalnietedir.
Təşəbbüsün müəllifi qeyd edir ki, Rusiya və
Qeyd edək ki, “Şimal axını-2” layihəsi Rusiya sahilindən Baltik dənizi vasitəsilə Almaniyaya qədər uzanan illik ötürücülüyü 55 mlrd. kubmetr olan iki xəttin inşasını nəzərdə tutur.
Yeni kəmərin mövcud “Şimal axını” kəməri ilə yanaşı inşa edilməsi planlaşdırılır. Tikinti işlərinin 2019-cu ilin sonuna yekunlaşması nəzərdə tutulub.