Vahid Hacıyev: "Zəngilanda digər kəndlərin təməlinin qoyulması planlaşdırılır"

Vahid Hacıyev: "Zəngilanda digər kəndlərin təməlinin qoyulması planlaşdırılır" Zəngilan rayonunda digər kəndlərin təməlinin qoyulması planlaşdırılır.
İnfrastruktur
6 Oktyabr , 2022 14:35
Vahid Hacıyev: Zəngilanda digər kəndlərin təməlinin qoyulması planlaşdırılır
Vahid Hacıyev

Zəngilan rayonunda digər kəndlərin təməlinin qoyulması planlaşdırılır.

"Report" xəbər verir ki, bunu Zəngilan rayonunun xüsusi nümayəndəsi Vahid Hacıyev Bakıda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda bildirib.

Onun sözlərinə görə, Zəngilanın Ağalı kəndinə bu günə qədər 66 ailə köçürülüb: "Növbəti evlər hazır olan kimi digər ailələr də köçürüləcək. Ağalı kəndinə köçürülmə bu il və gələn illərdə mərhələli şəkildə planlaşdırılır".

O qeyd edib ki, mayın 28-də Zəngilanın Baş Planı artıq Prezident İlham Əliyevə təqdim edilib: "Baş Plan əsasında kifayət qədər komfortlu şərait yaradılacaq, alçaq mərtəbəli və müasir evlər tikiləcək. Zəngilanda "Ağıllı" layihələr həyata keçiriləcək".

Son xəbərlər

Orphus sistemi