Vahid Hacıyev: "Regiona sülh gətirmək istiqamətində çalışırıq"

İnfrastruktur
  • 23 may, 2023
  • 10:43
Vahid Hacıyev: Regiona sülh gətirmək istiqamətində çalışırıq

"Regiona sülh gətirmək asan deyil, lakin biz bu istiqamətdə çalışırıq".

"Report" xəbər verir ki, bunu Prezidentin Zəngilandakı xüsusi nümayəndəsi Vahid Hacıyev rayonun Cahangirbəyli kəndində ATƏT Parlament Assambleyasının (PA) nümayəndələri üçün təşkil edilmiş təqdimatda deyib.

"Bu, Prezident İlham Əliyevin böyük baxışıdır. Biz də bütün dövlət rəsmiləri olaraq bu baxışı izləyirik ki, regiona sülh və firavanlıq gəlsin", - deyə o qeyd edib.

V.Hacıyev əlavə edib ki, Zəngilan İran və Ermənistanla sərhəddə yerləşir.

"Ötən 30 ildə rayon tamamilə dağıdılıb və məhv edilib. Evlərin vəziyyətindən də görünür ki, ermənilər ərazini necə məhv ediblər", -deyə o vurğulayıb.

V. Hacıyev Cahangirbəyli kəndi ilə bağlı da məlumat verib: "Bu ərazi vahidi üçün əhali sayı 2 064 nəfər qəbul edilib. Tarixən Cahangirbəylidə pambıqçılıq, üzümçülük, heyvandarlıq inkişaf edib".

Xatırladaq ki, bu gün ATƏT PA-nın nümayəndələri Zəngilanda səfərdədir.

44 filmi