Bəhreyndən Moskvanın Domodedovo hava limanına uçan "Ural Airlines" aviaşirkətinin sərnişin təyyarəsi Bakıda məcburi eniş edib.
Bu barədə "Report" TASS-a istinadən xəbər verir.
Rusiya aviadispetçer dairələrindəki mənbənin verdiyi məlumata görə, "AirbusA321" təyyarəsi təcili eniş istədikdən sonra artıq Bakıya enib.
Təyyarə məcburi enişdən əvvəl yanacaq ehtiyatını boşaldıb. Versiyalardan birinə görə, təyyarədə nasazlıq olduğunu göstərən ötürücü sensorlardan biri işə düşüb.