Ukraynadan Azərbaycana müntəzəm aviareyslər gələn aydan bərpa ediləcək

Ukraynadan Azərbaycana müntəzəm aviareyslər gələn aydan bərpa ediləcək “Ukrayna Beynəlxalq Hava Yolları” (MAU) şirkəti gələn aydan Kiyev-Bakı-Kiyev istiqamətində aviareysləri bərpa edir
İnfrastruktur
15 Fevral , 2021 11:39
Ukraynadan Azərbaycana müntəzəm aviareyslər gələn aydan bərpa ediləcək

“Ukrayna Beynəlxalq Hava Yolları” (MAU) şirkəti gələn aydan Kiyev-Bakı-Kiyev istiqamətində aviareysləri bərpa edir.

“Report” bu barədə aviaşirkətin internet səhifəsində istinadən xəbər verir.

Məlumata görə, aviadaşıyıcı yay mövsümü ilə bağlı uçuş proqramını yeniləyib. Proqrama əsasən, martın 28-dən Ukrayna paytaxtından Azərbaycana, Gürcüstana (Tbilisi) və Ermənistana (İrəvan) uçuşlar bərpa olunacaq.

Bundan başqa, aviaşirkət Böyük Britaniya (London), Fransa (Paris), Almaniya (Münhen), İtaliya (Milan), İspaniya (Barselona), BƏƏ (Dubay), Misir (Qahirə) və Türkiyə (İstanbul) istiqamətlərində də aviareysləri bərpa edəcək.

Son xəbərlər

Orphus sistemi