Ukraynadan Azərbaycana daha bir yeni aviareys açılacaq
İnfrastruktur
- 01 dekabr, 2020
- 08:52
Ukraynanın “SkyUp” aşağı büdcəli aviaşirkəti Zaporojedən Bakıya uçuşlar həyata keçirəcək.
“Report”un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Dövlət Aviasiya Xidmətinin məlumatında deyilir.
Bildirilir ki, Ukrayna Dövlət Aviasiya Xidməti “SkyUp” aviadaşıyıcı şirkətinə Zaporojye hava limanından hava xətlərinin istifadəsinə icazə verib. Zaporojye-Bakı aviareysi həftədə iki dəfə həyata kçiriləcək.
Aviareyslərin həyata keçirilməsinə 2021-ci ilin martın 28-dən başlanılacaq və məhdudiyyətsiz müddət üçün etibarlıdır.
Bundan başqa, “SkyUp” loukosteri Zaporojyedən Ştutqarta da aviareyslər həyata keçirəcək. Bu reyslər də gələn ilin martın 28-dən başlanılacağı gözlənilir və həftə də iki dəfə baş tutacaq.
Son xəbərlər
11:57
ASCO gəmiləri ilə yükdaşımaların həcmi 5 %-dən çox artıb
İnfrastruktur11:56
Fermerlər Fransa paytaxtının mərkəzini bağlayıblar
Digər ölkələr11:53
Foto
Sirab kəndində 5,5 km-lik yeni içməli su xətti çəkilir
İnfrastruktur11:50
Abşeronun bəzi ərazilərində işıq olmayacaq
Energetika11:34
Natiq Bağırov: "Əsas məqsəd Bakıda keçiriləcək mundialı yaddaqalan idman bayramına çevirməkdir" - MÜSAHİBƏ
Fərdi11:31
İranda sahibkarlar tətil keçirirlər
Region11:24
Azərbaycanda kirayə mənzil fonduna daha 222 mənzil əlavə olunub
İnfrastruktur11:22
Foto
Video
Bakının Süleyman Vəzirov küçəsində yenidənqurma işləri başa çatdırılıb
İnfrastruktur11:20