Ucar, Göyçay, Zərdab və Kürdəmirdə torpaq sahələri üzrə müfəssəl kadastr məlumat bazası yaradılıb

İnfrastruktur
  • 15 mart, 2023
  • 11:07
Ucar, Göyçay, Zərdab və Kürdəmirdə torpaq sahələri üzrə müfəssəl kadastr məlumat bazası yaradılıb

Ucar, Göyçay, Zərdab və Kürdəmir rayonları üzrə 404 748 hektar ərazinin 303 564 hektar ərazidə yerləşən torpaq və üzərindəki daşınmaz əmlaklar barəsində müfəssəl kadastr məlumat bazası yaradılıb.

Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, bu barədə Ucarda torpaq və əmlak idarəçiliyi sahəsinə həsr edilən zona müşavirəsində bildirilib.

Müşavirədə Ucar, Göyçay, Zərdab və Kürdəmir rayonlarının yerli icra hakimiyyəti orqanlarının məsul əməkdaşları, bələdiyyə nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Elçin Yusubov vurğulayıb ki, dövlət başçısı tərəfindən təsdiq edilən inkişaf strategiyalarında müəyyən edilmiş hədəflərə nail olunmasında ölkənin potensial imkanlarının əsas elementi kimi qiymətləndirilən torpaq ehtiyatlarının səmərəli idarəetməsinin təşkili və torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərinin təkmilləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Müşavirədə torpaqların və dövlət əmlakının idarə edilməsi, istifadəsi və onların mühafizəsinə nəzarət olunması, dövlət əmlakının və torpaq sahələrinin icarəyə cəlb edilməsi, bələdiyyə torpaqlarının fiziki və hüquqi şəxslərin mülkiyyətinə və ya icarəsinə verilməsi ilə bağlı rəyvermə işləri, elektron baza xəritələrinin işlənməsi barədə məlumatlar verilib.

Son xəbərlər

Bütün Xəbər Lenti