​Türkiyənin naziri: "Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi tez bir zamanda başa çatmalıdır" - EKSKLÜZİV

​Türkiyənin naziri: "Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi tez bir zamanda başa çatmalıdır" - EKSKLÜZİV Birgə fəaliyyətimiz nəticəsində tikinti işlərini tam başa çatdıraraq daşınmalara başlayacağıq
İnfrastruktur
12 Fevral , 2016 11:49
​Türkiyənin naziri: Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi tez bir zamanda başa çatmalıdır - EKSKLÜZİV

Bakı. 12 fevral. REPORT.AZ/ “Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsi tez bir zamanda başa çatdırılmalıdır". Bunu "Report"a müsahibəsində Türkiyənin Nəqliyyat və Dəniz İşləri naziri Binəli Yıldırım bildirib.

Nazir Azərbaycan, Türkiyə və Gürcüstanın nəqliyyat nazirlikləri və müvafiq strukturlarının rəhbərlərinin bu gün Tbilisidə keçiriləck görüşündə bu məsələnin müzakirə olunacağını bildirib.

O qeyd edib ki, görüşdə əsas müzakirə mövzusu BTQ-nin tikintisi ilə əlaqədar görülən işlər və qarşıda duran vəzifələr olacaq.

Binəli Yıldırım bu layihədə Azərbaycanın rolunu xüsusi qeyd edib: “Azərbaycanın bu layihəyə çox böyük dəstəyi var. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü, ortaya qoyduğu siyasi iradə, eyni zamanda Türkiyə Prezidentinin, Baş nazirinin dəstəyi ilə layihənin həyata keçirilməsi üçün çox önəmli addımlar atılıb. Bu layihə bir millət, iki dövlət olan Azərbaycan ilə Türkiyə arasında əlaqələrin dəmir yolu vasitəsi ilə də inkişafına təkan verəcək. Bu, həm də, tarixi İpək yolunun bərpası və bizim Anadolu, Orta Asiya və Uzaq Şərqə doğru əlaqələrimizin genişlənməsinə imkan yaradacaq”.

Nazir, Gürcüstanın da bu layihədə fəal iştirak etdiyini vurğulayıb: " Gürcüstanın da bu layihədə iştirakı üçün Azərbaycanın hərtərəfli dəstəyi oldu. İnanıram ki, birgə fəaliyyətimiz nəticəsində tikinti işlərini tam başa çatdıraraq daşınmalara başlayacağıq”, - deyə, B.Yıldırım vurğulayıb.

Son xəbərlər

Orphus sistemi