Türkiyənin hava limanları idarəedicisinin gəlirləri 54% azalıb

Türkiyənin hava limanları idarəedicisinin gəlirləri 54% azalıb Şirkətin gəlirlərinin azalmasına koronavirus pandemiyasının təsiri ilə mart ayının əvvəllərindən etibarən başlayan uçuş məhdudiyyətləri göstərilib
İnfrastruktur
23 Oktyabr , 2020 17:57
Türkiyənin hava limanları idarəedicisinin gəlirləri 54% azalıb

Bu ilin III rübündə Türkiyənin “TAV Hava limanları” Holdinqinin gəlirləri illik müqayisədə 54% azalaraq 714,6 mln lirəyədək (89,71 mln ABŞ dolları) enib.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Hesabat dövründə şirkətin xalis mənfəəti illik müqayisədə 20,7% azalaraq 444,9 mln lirəyə (55,85 mln ABŞ dolları) düşüb.

Qeyd edək ki, şirkətin gəlirlərinin azalmasına koronavirus pandemiyasının təsiri ilə mart ayının əvvəllərindən etibarən başlayan uçuş məhdudiyyətləri göstərilib.

Son xəbərlər

Orphus sistemi