Türkiyəli nazir: "Tranzit rüsumlarının azaldılması üçün Azərbaycanla iş aparırıq"

Türkiyəli nazir: "Tranzit rüsumlarının azaldılması üçün Azərbaycanla iş aparırıq" "Çinin “Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində xarici ticarət dövriyyəmizi artırmaq, müasir İpək Yolunu canlandırmaq üçün Türkiyəni Avropa ölkələri və Çin arasında körpüyə çevirmək səylərimizi davam etdiririk".
İnfrastruktur
18 Yanvar , 2021 17:24
Türkiyəli nazir: Tranzit rüsumlarının azaldılması üçün Azərbaycanla iş aparırıq

"Çinin “Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində xarici ticarət dövriyyəmizi artırmaq, müasir İpək Yolunu canlandırmaq üçün Türkiyəni Avropa ölkələri və Çin arasında körpüyə çevirmək səylərimizi davam etdiririk".

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu Türkiyənin ticarət naziri Ruhsar Pekcan deyib.

"Ötən il dekabrın 4-dən Türkiyənin İstanbul şəhərindən Çinin Sian şəhərinə hərəkət edən ixrac qatarları bu istiqamətdə mühüm addımdır. Dəniz yolu ilə 35-40 gün çəkən daşınma müddəti dəmir yolunun hesabına 13 günə endirilib. Logistika şirkətlərimizin Xəzər regionundakı fəaliyyətinin genişləndirilməsinə böyük əhəmiyyət veririk. Bunun üçün tranzit rüsumlarının azaldılması üçün Azərbaycanla iş aparırıq", - o qeyd edib.

Bundan başqa, nazirin sözlərinə görə, Türkiyə bu günə qədər dəyəri 201,9 milyard ABŞ dolları olan 5 582 regional layihənin iştirakçısı olub: "Bu da bütün dünyada icra etdiyimiz layihələrin dəyərinin 48 %, sayının isə 53 %-i deməkdir".

Son xəbərlər

Orphus sistemi