Türkiyəli nazir Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin əhəmiyyətindən danışıb

Türkiyəli nazir Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin əhəmiyyətindən danışıb Çin, Rusiya və Avropaya gedən qatarlarımız durmadan fəaliyyət göstərir
İnfrastruktur
11 Mart , 2021 22:07
Türkiyəli nazir Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin əhəmiyyətindən danışıb
Adil Karaismailoğlu
0 : 00
0 : 00

“Bakı-Tbilisi-Qars dəmir yolu xətti çəkildikdən sonra Pekinin orta dəhlizindən Böyük Britaniyanın paytaxtı Londona fasiləsiz nəqliyyat şəbəkəsi təmin edilib. Çin, Rusiya və Avropaya gedən qatarlarımız durmadan fəaliyyət göstərir. Burada həm Bakı-Tbilisi-Qars xətti, həm də “Marmaray” çox vacib funksiyaya xidmət edir”.

“Report” xəbər verir ki, bu fikirləri Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu deyib.

Yaxın günlərdə Ankara ilə Sivas arasında sürətli qatar xəttinin istifadəyə veriləcəyini deyən nazir bu istiqamətdə son sınaqların aparıldığını qeyd edib.

O, bildirib ki, pandemiya dövründə ilk üç ay istər quru, istəsə də hava nəqliyyatında tamamilə durğunluq yaşanıb.

Sonradan normallaşma qaydaları ilə nəqliyyat sisteminin işə salınmasına baxmayaraq, sərnişin sayı yetərli qədər deyil.

Son xəbərlər

Orphus sistemi