Türkiyəli nazir: "20 illik təcrübəmizdən Qarabağda istifadə edilməsi bizi sevindirir"

Türkiyəli nazir: "20 illik təcrübəmizdən Qarabağda istifadə edilməsi bizi sevindirir" "Türkiyənin son 20 ildə əldə etdiyi təcrübədən, bilik və bacarıqlardan Azərbaycanda fəaliyyət göstərən türk şirkətləri işğaldan azad edilmiş ərazilərdə istifadə edir, bu isə bizi sevindirir və qürurlandırır".
İnfrastruktur
20 Oktyabr , 2022 18:04
Türkiyəli nazir: 20 illik təcrübəmizdən Qarabağda istifadə edilməsi bizi sevindirir

"Türkiyənin son 20 ildə əldə etdiyi təcrübədən, bilik və bacarıqlardan Azərbaycanda fəaliyyət göstərən türk şirkətləri işğaldan azad edilmiş ərazilərdə istifadə edir, bu isə bizi sevindirir və qürurlandırır".

"Report" xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastuktur naziri Adil Karaismailoğlu deyib.

"Türkiyə son 20 ildə dünyada ən yaxşı layihələri həyata keçirib. Təbii ki, nəqliyyat və infrastruktur nə qədər güclü olarsa, bölgənin inkişafı bir o qədər sürətli olar. İnfrastruktur layihələri bu bölgənin inkişafını tezləşdirir. Ona görə də burda həyata keçirilən işlərin sürətli olması bizi sevindirir. Bu işləri bölgənin və ölkələrimizin inkişafı baxımından vacib hesab edirik", - deyə o, qeyd edib.

Son xəbərlər

Orphus sistemi