Türkiyə səfiri: “BTQ ilə ixrac qatarlarımız ayda iki dəfə hərəkət edəcək”

Türkiyə səfiri: “BTQ ilə ixrac qatarlarımız ayda iki dəfə hərəkət edəcək” “Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinə maraq getdikcə artır və bu, Azərbaycanın Çindəki aktivliyini artırır”.
İnfrastruktur
24 Dekabr , 2020 11:06
Türkiyə səfiri: “BTQ ilə ixrac qatarlarımız ayda iki dəfə hərəkət edəcək”

“Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinə maraq getdikcə artır və bu, Azərbaycanın Çindəki aktivliyini artırır”.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu Türkiyənin Çindəki səfiri Əbdülqədir Emin Önən bildirib.

“Artıq Türkiyədən Çinə hərəkət edən, BTQ-dən keçəcək 2-ci qatar yola çıxıb. Bundan sonra BTQ ilə ixrac qatarlarımız ayda 2 dəfə hərəkət edəcək. Qərbdən gələn məhsulların da Türkiyə üzərindən Şərqə doğru daşınması ixrac məhsullarımızın çeşidliliyi artırır. Azərbaycanlı dostlarımızla birlikdə bu işləri daha da böyütməyi düşünürük. Ümid edirəm ki, gələcək illərdə BTQ-nın sürəti də artacaq”, - deyə o, qeyd edib.

Xatırladaq ki, Türkiyənin İstanbul şəhərindən Çinin Sian şəhərinə hərəkət edən ilk ixrac qatarı dekabrın 4-də, növbəti ixrac qatarı isə dekabın 20-də yola çıxıb. 1-ci qatar artıq təyinat məntəqəsinə çatıb, 2-ci qatar isə yoldadır. Bu qatarlar ümumilikdə 8 693 kilometr məsafə, iki qitə, iki dəniz və 5 ölkə qət edir.

BTQ 30 oktyabr 2017-ci ildə istismara verilib. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir, iki qitə arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir, Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır. Ümumi uzunluğu 846 kilometr olan dəmir yolu xəttinin 504 kilometri Azərbaycan, 263 kilometri Gürcüstan, 79 kilometri isə Türkiyə ərazisindədir. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi