Türkiyə Naxçıvana dəmir yolu xətti çəkmək istəyir

Türkiyə Naxçıvana dəmir yolu xətti çəkmək istəyir Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Qaraismayıloğlu deyib.
İnfrastruktur
12 Noyabr , 2020 13:28
Türkiyə Naxçıvana dəmir yolu xətti çəkmək istəyir
0 : 00
0 : 00

“Naxçıvana dəmir yolu xətti çəkməyi planlaşdırırıq”.

“Report” xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Qaraismayıloğlu deyib.

O, Azərbaycanda yaşanan yeni hadisələrdən sonra Naxçıvan istiqamətində dəmir yolu xətti çəkilməsini planlaşdırdıqlarını bildirib və vurğulayıb ki, bununla bağlı artıq ilkin işlər, ilkin araşdırmalar başa çatıb.

Xatırladaq ki, Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri noyabrın 10-da birgə bəyanat imzalayıblar. Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsi bu sənəddə təsbit edilir. Naxçıvan Muxtar Respublikası Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirilir.

Qeyd edək ki, Azərbaycan da Bakıdan Naxçıvana dəmir yolu xətti çəkmək istəyini bildirmişdi. Bununla bağlı açıqlamalar 2017-ci ildən səsləndirilib. Bu xəttin yaradılması Türkiyə və ya İran üzərindən təklif edilirdi. Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə verilməsi ilə Qarsdan Sədərəyə dəmir yolu xətti çəkilməsinin mümkünlüyü müzakirə edilirdi. Bu layihənin dəyəri 2-2,5 milyard ABŞ dolları təşkil edir.

Son xəbərlər

Orphus sistemi