Bakı. 30 iyun. REPORT.AZ/ "Knigt Frank" konsaltinq şirkətinin açıqladığı "Global House Price İndex" hesabatına əsasən, mənzillərin qiymət indeksində dəyişikliyə görə 56 ölkənin yer aldığı reytinqdə Honq Konq birinci yeri tutub. Bu ölkədə 2015-ci ilin ilk rübündə mənzillərin qiymət artımı ötən ilin eyni dövrü ilə müqayisədə 18,7% olub.
Sənədə görə, siyahıda ikinci yerdə qərarlaşan Türkiyə Avropada ən çox artım müşahidə olunan ölkə kimi qeydə alınıb. Belə ki, hesabat dövründə Türkiyədə artım 18,6% təşkil edib. İrlandiya isə illik 16,8% artımla siyahıda üçüncü olub.
Bildirək ki, reytinqdə ilk onluqda həmçinin Lüksemburq (12,1%), Estoniya (11,0%), Kolumbiya (9,5%), Yeni Zelandiya (9,5%), İslandiya (9,4%), İsveç (8,8%), Norveç (7,2%) qərarlaşıb.
Reytinqdə sonuncu olan Ukraynada isə illik 15,5% qiymət azalması qeydə alınıb. Hazırda defolt təhükəsi ilə üzləşən Yunanıstanda isə azalma 6,1% təşkil edib ki, bununla da Yunanıstan siyahıda 52-ci yeri tutub.
Hesabat dövlətlərin açıqladığı rəsmi statistik rəqəmlər əsasında hazırlanıb.
Qeyd edək ki,