Türkiyə KİV: BTQ-nin Türkiyə hissəsində tikinti işləri dayandırılıb

Türkiyə KİV: BTQ-nin Türkiyə hissəsində tikinti işləri dayandırılıb Dəmir yolunun Türkiyədən keçən hissəsində işlərin yalnız 40%-i yerinə yetirilib
İnfrastruktur
18 Noyabr , 2014 12:46
Türkiyə KİV: BTQ-nin Türkiyə hissəsində tikinti işləri dayandırılıb
Bakı. 18 noyabr. REPORT.AZ/ Bakı-Tbilis-Qars (BTQ) dəmir yolunun Türkiyədən keçən 76 km-lik hissəsində aparılan tikinti işləri dayandırılıb. "Report" Türkiyənin "Zaman" qəzetinə istinadən xəbər verir ki, tikintinin dayandırılmasına səbəb podratçı şirkətin ("Özgün-Çelikler Yapı") bütün planlaşdırılmış işləri yerinə yetirmək iqtidarında olmaması ilə bağlıdır.

Qəzetin məlumatına görə, bu günə qədər BTQ-nin Türkiyədən keçən hissəsinin tikintisinə təxminən 101,964 mln. manat (290 mln. TL) qoyulub və planlaşdırılmış işin həcminin cəmi 39%-i görülüb. 

Bundan sonra, layihənin qiyməti tunellərin və ölkənin çətin keçilə bilən regionlarında sahələrin tikilməsi zərurəti ilə əlaqədar iki dəfə artıb. Hazırda Türkiyədən keçən hissənin tikintisinin ümumi dəyəri 527 mln. manata (1,5 mlrd. TL) qədər artıb.

"Yekun və ilkin hesablamalar arasındakı bu fərq Türkiyə hökumətini ciddi şəkildə narahat edir və bunun səbəblərinin aydınlaşdırılması üçün yoxlama qrupu yaradılıb", - deyə qəzetdə vurğulanır. 

Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu magistralının 2015-ci ilin sonunda istismara verilməsi, pilot qatarın isə bu ilin sonunda xəttə buraxılması planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi