"Türk Hava Yolları"nın İdarə Heyətinin sədri Bakıya gəlib

"Türk Hava Yolları"nın İdarə Heyətinin sədri Bakıya gəlib Tərəflər əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivlərini müzakirə edib
İnfrastruktur
25 Noyabr , 2014 18:51
Türk Hava Yollarının İdarə Heyətinin sədri Bakıya gəlib

Bakı. 25 noyabr. REPORT.AZ/ "Türk Hava Yolları" aviaşirkətinin İdarə Heyətinin sədri Həmdi Topçunun rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Azərbaycana səfər edib.

"Report"un verdiyi xəbərə görə, səfər çərçivəsində qonaqlar "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin baş ofisində olublar və AZAL-ın prezidenti Cahangir Əsgərovlə görüşüblər. Görüşdə tərəflər arasında əməkdaşlığın hazırkı vəziyyəti, inkişaf perspektivləri müzakirə olunub. Həmçinin, Türkiyə ilə Azərbaycan arasında hava nəqliyyatı sahəsində mövcud əlaqələrin möhkəmləndirilməsi məsələsinə də diqqət yetirilib.

Bununla yanaşı, tərəflər gələcəkdə "açıq səma" çərçivəsində əməkdaşlıq imkanları müzakirə edib, habelə hər iki aiaşirkətin texniki heyətinə bu istiqamətdə müzakirələrə başlamaq tapşırılıb.

Son xəbərlər

Orphus sistemi