"Türk Hava Yolları" 59 ölkədən təxliyə uçuşları reallaşdıracaq - VİDEO - YENİLƏNİB

"Türk Hava Yolları" 59 ölkədən təxliyə uçuşları reallaşdıracaq - VİDEO - YENİLƏNİB Video əlavə olunub
İnfrastruktur
373
20 Aprel , 2020 17:08
Türk Hava Yolları 59 ölkədən təxliyə uçuşları reallaşdıracaq - VİDEO - YENİLƏNİB

Video əlavə olunub


*** 12:57

Bu gündən başlayaraq aprelin 28-dək Türkiyənin milli aviadaşıyıcısı "Türk Hava Yolları" (THY) şirkəti 59 ölkədən təxliyə uçuşları reallaşdıracaq.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, aviaşirkət ümumilikdə 195 reys həyata keçirməyi və 25 minə yaxın Türkiyə vətəndaşını ölkəyə gətirməyi planlaşdırır. 

Belə ki, təxliyə planı çərçivəsində Azərbaycandan 662, Almaniyadan 3 269, Səudiyyə Ərəbistanından 2 201, ABŞ-dan 1 632, İngiltərədən 1 559, Küveytdən 1 463, Əlcəzairdən 1 200, Ukraynadan 863, İraqdan 861, Fransadan 696, Hollandiyadan 648, Kanadadan 543, KKTC-dən 540, Birləşmiş Ərəb Əmirliklərindən 538, Polşadan 488, İspaniyadan 455, Rusiyadan 380, Şimali Makedoniyadan 394, Qırğızıstandan 352, İsveçrədən 341 ölkə vətəndaşı vətənə qayıdacaq. 

"Prezidentimizin tapşırığı ilə yerinə yetirdiyimiz bu işlə xaricdə qalmış minlərlə vətəndaşımızı ailələrinə qovuşduracağıq, onlar Ramazan ayını sevdikləri ilə eyni masa ətrafında qarşılayacaq” - deyə THY-nin İdarə Heyətinin və İcraiyyə Komitəsinin sədri İlker Aycı bildirib. 

Xatırladaq ki, THY koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar sərnişin daşımalarını tamamilə dayandırıb və hazırda yalnız yük daşımaları həyata keçirir. 

Son xəbərlər

Orphus sistemi