​"Transmaşholdinq" Azərbaycana lokomotivlərin ixracını həyata keçirmək niyyətindədir

​"Transmaşholdinq" Azərbaycana lokomotivlərin ixracını həyata keçirmək niyyətindədir TMH-nin baş direktoru: "Azərbaycana, xüsusilə də EP20 lokomotivlərinin ixracı ilə bağlı planlarımız var"
İnfrastruktur
2 Sentyabr , 2015 15:32
​Transmaşholdinq Azərbaycana lokomotivlərin ixracını həyata keçirmək niyyətindədir

Bakı. 2 sentyabr. REPORT.AZ/ Rusiyanın nəqliyyat maşınqayırması sahəsində iri şirkət olan "Transmaşholdinq" (TMH) Azərbaycana lokomotivlərin ixracını həyata keçirmək niyyətindədir.

"Report" "Finanz.ru"ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə TMH-nin baş direktoru Kirill Lipa "EXPO 1520" dəmir yolu salonunda olarkən açıqlama verib.

"Azərbaycana xüsusilə EP20 lokomotivlərinin ixracı ilə bağlı planlarımız var. Söhbət 8-12 ədəd lokomotivdən gedir. Hələlik danışıqlar davam edir",- K.Lipa bildirib.

Son xəbərlər

Orphus sistemi