TRACECA-nın Azərbaycan hissəsində tranzit yük daşımaları 3 %-dən çox artıb

TRACECA-nın Azərbaycan hissəsində tranzit yük daşımaları 3 %-dən çox artıb 2020-ci ilin yanvar-noyabr aylarında Avropa-Qafqaz-Asiya nәqliyyat dәhlizinin Azәrbaycan hissәsindә daşınmış yüklәrin hәcmi 35 549,7 min ton, yük dövriyyәsi isә 8 456,6 mln. ton-km olub.
İnfrastruktur
179
21 Yanvar , 2021 11:05
TRACECA-nın Azərbaycan hissəsində tranzit yük daşımaları 3 %-dən çox artıb

2020-ci ilin yanvar-noyabr aylarında Avropa-Qafqaz-Asiya nәqliyyat dәhlizinin Azәrbaycan hissәsindә daşınmış yüklәrin hәcmi 35 549,7 min ton, yük dövriyyәsi isә 8 456,6 mln. ton-km olub.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2019-cu ilin eyni dövrü müqayisədə 12 046,9 min ton və yaxud 25,3 % azdır.

Son 1 ildə yük dövriyyəsi isə 1 723,9 mln. ton-km və yaxud 16,9 % azalıb.

Hesabat dövründə yüklərin 19 318,3 min tonu və yaxud 54,3 %-i avtomobil nəqliyyatı, 11 665,0 min tonu və ya 32,8 %-i dəmir yolu nəqliyyatı, 4 566,4 min tonu və yaxud 12,9 %-i dəniz nəqliyyatı ilə daşınıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 21,2 %-ni və yaxud 7 535,0 min tonunu tranzit yüklər təşkil edib ki, bu da illik müqayisədə 253,7 min ton və yaxud 3,5 % çoxdur.

Son xəbərlər

Orphus sistemi