TRACECA-nın Azərbaycan hissəsində tranzit daşımalar 7% artıb

TRACECA-nın Azərbaycan hissəsində tranzit daşımalar 7% artıb Son 1 ildə yük dövriyyəsi 15,82% azalıb
İnfrastruktur
18 Mart , 2021 10:37
TRACECA-nın Azərbaycan hissəsində tranzit daşımalar 7% artıb

2021-ci ilin yanvar ayında Avropa-Qafqaz-Asiya nәqliyyat dәhlizinin Azәrbaycan hissәsindә daşınmış yüklәrin hәcmi 3 mln 277,3 min ton, yük dövriyyәsi isә 770,7 mln ton-km olub.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2020-ci ilin eyni ayı ilə müqayisədə 1 mln 017,4 min ton və yaxud 23,4 % azdır.

Son 1 ildə yük dövriyyəsi isə 144,9 mln ton-km və yaxud 15,82 % azalıb.

Hesabat dövründə yüklərin 1 mln 835 min tonu və yaxud 56 %-i avtomobil nəqliyyatı, 1 mln 106,3 min tonu və ya 33,8 %-i dəmir yolu nəqliyyatı, 336 min tonu və yaxud 10,2 %-i dəniz nəqliyyatı ilə daşınıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 21,7 %-ni və yaxud 709,9 min tonunu tranzit yüklər təşkil edib ki, bu da illik müqayisədə 54 min ton və yaxud 7,07 % çoxdur.

Son xəbərlər

Orphus sistemi