2020-ci ildə Avropa-Qafqaz-Asiya nәqliyyat dәhlizinin Azәrbaycan hissәsindә daşınmış yüklәrin hәcmi 38 491,4 min ton, yük dövriyyәsi isә 9 254,3 mln. ton-km olub.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2019-cu ilin eyni dövrü müqayisədə 14 270,5 min ton və yaxud 27,04 % azdır.
Son 1 ildə yük dövriyyəsi isə 1 904 mln. ton-km və yaxud 17,06 % azalıb.
Hesabat dövründə yüklərin 20 656,4 min tonu və yaxud 53,7 %-i avtomobil nəqliyyatı, 12 820,2 min tonu və ya 33,3 %-i dəmir yolu nəqliyyatı, 5 014,8 min tonu və yaxud 13 %-i dəniz nəqliyyatı ilə daşınıb.
Dəhliz vasitəsilə daşınmış yüklərin 21,8 %-ni və yaxud 8 382,1 min tonunu tranzit yüklər təşkil edib ki, bu da illik müqayisədə 304,9 min ton və yaxud 3,8 % çoxdur.