TRACECA-nın Azərbaycan hissəsi ilə daşınmış tranzit yüklərin həcmi 15% azalıb

TRACECA-nın Azərbaycan hissəsi ilə daşınmış tranzit yüklərin həcmi 15% azalıb Bu ilin yanvar-oktyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 43 110 min ton, yük dövriyyəsi isə 9 211 milyon ton-km olub.
İnfrastruktur
19 Dekabr , 2019 12:56
TRACECA-nın Azərbaycan hissəsi ilə daşınmış tranzit yüklərin həcmi 15% azalıb

Bu ilin yanvar-oktyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 43 110 min ton, yük dövriyyəsi isə 9 211 milyon ton-km olub.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü müqayisədə 265 min ton və yaxud 0,6% azdır.

Son 1 ildə yük dövriyyəsi isə 279 milyon ton-km və yaxud 2,9% azalıb.

Hesabat dövründə yüklərin 28 119 min tonu və ya 65,2%-i avtomobil nəqliyyatı, 10 938 min tonu və ya 25,4%-i dəmir yolu nəqliyyatı, 4 053 min tonu və ya 9,4%-i dəniz nəqliyyatı ilə daşınıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 15,4%-ni və ya 6 618 min tonunu tranzit yüklər təşkil edib ki, bu da illik müqayisədə 1 148 min ton və yaxud 14,8% azdır.

Son xəbərlər

Orphus sistemi