TRACECA dəhlizi üzrə mütəmadi konteyner daşımaları həyata keçiriləcək

TRACECA dəhlizi üzrə mütəmadi konteyner daşımaları həyata keçiriləcək TRACECA Hökumətlərarası Komissiyanın Daimi Katibliyi 2030-cu ilədək konteyner daşımalarının inkişafı üzrə konsepsiya hazırlayıb
İnfrastruktur
7 İyun , 2021 14:34
TRACECA dəhlizi üzrə mütəmadi konteyner daşımaları həyata keçiriləcək

TRACECA Hökumətlərarası Komissiyanın Daimi Katibliyi 2030-cu ilədək konteyner daşımalarının inkişafı üzrə konsepsiya hazırlayıb. Bu ay "TRACECA çərçivəsində beynəlxalq dəmiryol daşımalarının rəqabət qabiliyyətliliyinin artırılması" mövzusunda təşkil olunan virtual sessiyada yeni konsepsiya və onun əhatə etdiyi məsələlər açıqlanıb.

TRACECA Hökumətlərarası Komissiyasının Azərbaycan üzrə milli katibi Rüfət Bayramov "Report"a açıqlamasında virtual sessiyanın iştirakçıları barədə məlumat verib:

"TRACECA Dünya Bankı və Beynəlxalq Dəmiryolçular İttifaqının birgə təşəbbüsü ilə virtual sessiya keçirtdi. Sessiya TRACECA dəhlizi üzrə dəmiryolu yük daşımalarının rəqabətlilik qabiiyyətinin yüksəldiməsinə həsr olundu. Həmin sessiyada həm Dünya Bankı, həm Beynəlxalq Dəmiryolçular İttifaqı, həm də Avropa, Asiya ölkələrini təmsil edən yükdaşıma operatorlarının təmsilçiləri işitrak edirdi. Tədbir iki əsas sessiyadan ibarət idi. Birinci sessiya multimodal daşımaların inkişafı, konteynləşdirmə və yükdaşıma tariflərinə, ikinci sessiya isə mütəmadi konteyner daşımalarının TRACECA dəhlizi üzrə təşkilinə həsr olundu. Sessiyada nüfuzlu yükdaşıma şirkətləri və müxtəlif assosiasiyaların nümayəndələri iştirak edirdi.

R.Bayramov müzakirə olunan məsələləri də sadalayıb:

"Sessiyada dəhliz üzrə mövcud çatışmazlıqlar qabardıldı və hansı istiqamətlərdə işlərin aparılması barədə geniş müzakirələr getdi. Tədbirin əsas məqsədlərindən biri də TRACECA dəhlzinin aktuallığını, dəhlizin hansı istiqamətdə inkişaf etdiyini, müasir çağırışlara necə cavab verməyə hazır olduğunu Çin və Avropa yükdaşıyıcılarına nümayiş etdirmək idi.

Sessiyada sərhəd-keçid prosedurlarının təkmilləşdirilməsi üzrə rəqəmsal texnologiyaların tətbiqini razılaşdırdıq. Tarif məsələləri də burda öz əksini tapmışdı. Tariflər üzrə daima danışıqlar gedir, əsasən “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası çərçivəsində. İldə bir neçə dəfə iclaslar keçirilir və orada dəmiryolu administrasiyaları, gəmiçilik şirkətləri və limanlar arasında Transxəzər marşrutu üzrə tranzit daşıma tarifləri müəyyənləşdirilir. Digər tərəfdən ildə bir dəfə MDB dövlətlərinin dəmiryolçuları tərəfindən illik baza daşıma tarifləri təsdiq olunur”.

Son xəbərlər

Orphus sistemi