Tovuzun cəbhəyanı kəndində yararsız vəziyyətdə olan körpünün təmirinə başlanılıb

Tovuzun cəbhəyanı kəndində yararsız vəziyyətdə olan körpünün təmirinə başlanılıb İşlərin yekunlaşması isə avqustun sonuna planlaşdırılıb
İnfrastruktur
30 İyul , 2016 09:45
Tovuzun cəbhəyanı kəndində yararsız vəziyyətdə olan körpünün təmirinə başlanılıb

Bakı. 30 iyul. REPORT.AZ/ Tovuzun cəbhəyanı kəndi olan Əlibəylidə yararsız vəziyyətdə olan körpünün təmirinə başlanılıb.

“Report”un məlumatına görə, iyulun ilk ongünlüyündə güclü yağış nəticəsində yaranan sel 9 kilometr uzunluğu olan Hacallı-Təpəbaşı avtomobil yolunun Tovuzçayın üzərindən keçən hissəsində yerləşən körpünü təhlükəli vəziyyətə salmışdı.

Əraziyə rayon Fövqəladə hallar komisiyasının üzvləri də baxış keçirərək mövcud vəziyyəti adiyyəti qurumların diqqətinə çatdırmışdılar.

İş icraçısı Aydın Məmmədovun sözlərinə görə, körpü ilə yanaşı, 9 kilometr uzunluğunda olan yolun təmiri də həyata keçirlir. Bundan başqa sel suları yuyub yarasız hala saldığı su ötürücülər, məhəccərlər tamamilə yeniləndikdən sonra körpünün asfalt qatı da yenilənəcək. İşlərin yekunlaşması isə avqustun sonuna planlaşdırılıb. 

Son xəbərlər

Orphus sistemi