Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişikliklər edilib

Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişikliklər edilib Prezident İlham Əliyev qanunun tətbiqi barədə sərəncam imzalayıb
İnfrastruktur
19 Yanvar , 2015 20:45
Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişikliklər edilib

BAKI. 19 yanvar. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 16 dekabr tarixli 1137-IVQD nömrəli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sərəncamla Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Prezidentə təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Prezidentə məlumat vermək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Prezidentə məlumat vermək və həmin qanundan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Eyni zamanda Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi