"Tesla" elektrikli pikap istehsalını da təxirə salıb

"Tesla" elektrikli pikap istehsalını da təxirə salıb ABŞ-ın elektromobil istehsalçısı “Tesla” şirkəti “Cybertruck” elektrikli pikapın istehsalını 2022-ci ilə qədər təxirə salıb.
İnfrastruktur
28 İyul , 2021 16:47
Tesla elektrikli pikap istehsalını da təxirə salıb

ABŞ-ın elektromobil istehsalçısı “Tesla” şirkəti “Cybertruck” elektrikli pikapın istehsalını 2022-ci ilə qədər təxirə salıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb 4 680 tipli akkumulyator batareyaların çatışmamazlığıdır.

Hazırda bu səbəbdən ancaq məhdud partiyada pikap buraxmaq mümkündür. Belə olan təqdirdə isə avtomobilin qiyməti azı 1 milyon ABŞ dolları ola bilər.

Xatırladaq ki, daha əvvəl akkumulyatorların tədarükü ilə bağlı böhranla əlaqədar, şirkət “Semi” elektrikli yük avtomobillərinin istehsalını da 2022-ci ilə kimi təxirə salıb.

Son xəbərlər

Orphus sistemi