“Təmiz sahil, təmiz Xəzər” devizi altında təmizlik aksiyası keçirilib

“Təmiz sahil, təmiz Xəzər” devizi altında təmizlik aksiyası keçirilib Aksiya “Beynəlxalq dəniz günü” və “Xəzər həftəsi” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Bakı Nəqliyyat Agentliyinin təşkilatçılığı ilə keçirilib
İnfrastruktur
10224
26 Sentyabr , 2020 17:31
“Təmiz sahil, təmiz Xəzər” devizi altında təmizlik aksiyası keçirilib

“Beynəlxalq dəniz günü” və “Xəzər həftəsi” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Bakı Nəqliyyat Agentliyinin təşkilatçılığı ilə “Təmiz sahil, təmiz Xəzər” devizi altında təmizlik aksiyası keçirilib.

"Report" xəbər verir ki, Buzovna qəsəbəsinin dəniz sahilində keçirilən iməcilikdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Bakı Nəqliyyat və Dövlət Turizm Agentliklərinin nümayəndələri və könüllülər iştirak edib. 

Aksiya zamanı 3 hektardan artıq sahil zolağı plastik və digər tullantılarından təmizlənib, tullantılar çeşidlənərək aidiyyəti üzrə daşınıb.

Tədbirin keçirilməsində məqsəd sahilyanı ərazilərin məişət tullantıları ilə çirklənməsinin qarşısını almaq, Xəzər dənizinin və sahil zonasının ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaqdır.

Xatırladaq ki, “Beynəlxalq Dəniz günü” dünya ictimaiyyətinin diqqətini su hövzələrinin və onun bioresurslarının qorunmasına yönəltmək məqsədilə 1978-ci ildə Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi qərarla təsdiqlənib. Həmin ildən etibarən hər il sentyabr ayının sonuncu həftəsi “Beynəlxalq Dəniz günü” kimi qeyd olunur.

Son xəbərlər

Orphus sistemi