Təhsil Nazirliyinin idarəsi 24 milyon manatlıq 3 tenderə yekun vurub

Təhsil Nazirliyinin idarəsi 24 milyon manatlıq 3 tenderə yekun vurub Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi bir sıra təhsil müəssisələrində istilik sistemləri və elektrik təchizatı üçün avadanlıqların alınıb-quraşdırılması (1), yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin sat
İnfrastruktur
21 Sentyabr , 2021 10:40
Təhsil Nazirliyinin idarəsi 24 milyon manatlıq 3 tenderə yekun vurub

Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi bir sıra təhsil müəssisələrində istilik sistemləri və elektrik təchizatı üçün avadanlıqların alınıb-quraşdırılması (1), yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin satınalınması (2), eləcə də, yanğın mühafizə sistemlərinin alınıb-quraşdırılması (3) ilə bağlı elan etdiyi 3 açıq tenderə yekun vurub.

"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderlərin qalibi müvafiq olaraq “Mühəndislik Tikinti Təchizat” MMC, “Simplex” QSC və “Element YT” MMC-dir.

Qalib şirkətlərə 4 894,0 min manat, 6 483,8 min manat və 13 099,7 min manat, ümumilikdə isə 24 477,5 min manat ödəniləcək.

Son xəbərlər

Orphus sistemi