Ekspert: "Bu böhrandan çıxmaq üçün kompleks dəstək göstəriləcək"

Ekspert: "Bu böhrandan çıxmaq üçün kompleks dəstək göstəriləcək" Prezident İlham Əliyevin “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamına əsasən hazırlanmış pandemiyadan zərər çəkmiş sahələrə dəstək proqramları hazırlanıb. Dövlətin dəstək proqramları çərçivəsində sərnişindaşımada sistem əhəmiyyətli müəssisələr - AZAL, BNA, Metropoliten, dəmir yolu və s. qurumlara da dəstək veriləcək. Bundan başqa, dövlət sosial proqramların əhatə dairəsini genişləndirəcək və aztəminatlı insanlara dəstək veriləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin rəhbərliyi ilə İşçi qrupu da bu yaxınlarda müvafiq təkliflərini təqdim edəcək.
İnfrastruktur
2 Aprel , 2020 15:11
Ekspert: Bu böhrandan çıxmaq üçün kompleks dəstək göstəriləcək

Prezident İlham Əliyevin “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamına əsasən hazırlanmış pandemiyadan zərər çəkmiş sahələrə dəstək proqramları hazırlanıb. Dövlətin dəstək proqramları çərçivəsində sərnişindaşımada sistem əhəmiyyətli müəssisələr - AZAL, BNA, Metropoliten, dəmir yolu və s. qurumlara da dəstək veriləcək. Bundan başqa, dövlət sosial proqramların əhatə dairəsini genişləndirəcək və aztəminatlı insanlara dəstək veriləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin rəhbərliyi ilə İşçi qrupu da bu yaxınlarda müvafiq təkliflərini təqdim edəcək.

Dövlət proqramının əhəmiyyəti, xüsusilə nəqliyyat sektoruna dəstək barədə vəziyyəti nəqliyyat infrastrukturu üzrə ekspert Yasin Mustafayev “Report”a şərh edib.

O vurğulayıb ki, Çinin Uhan şəhərində yaranan yeni növ koronavirus dünyanı həm iqtisadi, həm sosial, həm də mənəvi böhrana salıb: “Bu pandemiya ilk öncə ölkəmizdə, eləcə də dünyanın əksər yerlərində ciddi qəbul edilməsə də sonradan vəziyyətin gərginləşdiyinin şahidi olduq. O, elə bir sürətlə yayılmağa başladı ki, həyatın bütün sahələrini öz təsiri altına aldı. İqtisadiyyatın bütün sahələrinə təsiri çox güclü xarakter almaqdadır. Tətbiq olunan izolyasiya tədbirləri getdikcə daha da sərtləşdiriir və belə də olmalıdır. Əks halda fəlakətin nəticələri aradan qaldılmayacaq miqyasa çatar".

Ekspert qeyd edib ki, dövlət öz növbəsində təxirə salınmadan tədbirləri həyata keçirməkdədir: "Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah vəziyyətin stabil saxlanılması və yoluxmanın minimuma endirilməsi üçün lazımi addımlar atır. Vəziyyətin son dərəcə ciddi olduğunu nəzərə alaraq artıq vətəndaşların küçəyə çıxmasına qadağa tətbiq edilir. İctimai nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması yönündə də addımlar atılmaqdadır. Martın 31-dən isə Bakı Metropoliteninin hərəkəti tamamən dayandırılıb. Bakı və Abşeron daxilində hərəkət edən sərnişin qatarlarının qrafikinə isə bəzi dəyişikliklər edilib. Bütün bunların bir səbəbi var: Virusa yoluxmanı minimum səviyyələrdə saxlamaq. Məlumdur ki, yeni növ koronavirus əsasən havada su damcıları vasitəsilə yoluxur. İctimai nəqliyyatda əhalinin daha sıx olması və bunun da virusun daha çox yayılmağa təkan verəcəyindən yuxarıda qeyd olunan addımların atılması zərurəti yaranıb”.

O əlavə edib ki, Prezident İlham Əliyevin bu bəlanı aradan qaldırmaq üçün böyük səylə xalqın yanında olmağı, operativ qərarlar verməyi insanlarda ruh yüksəkliyi yaradır. "İş adamlarından tutmuş sıravi vətəndaşa qədər hər kəsi qucağına alacaq dərəcədə qayğıkeş və böyük məsuliyyət hissi ilə öz vəzifəsini yerinə yetirməsi hər bir vətəndaşda məmnuniyyət hissi yaradır. Özünün də qeyd etdiyi kimi, hazırlanan tədbirlər paketi bu böhrandan çıxmaq və xalqın hər nümayəndəsini nəzərdə tutan bir dəstək kompleksidir. Ölkəmiz müstəqillik tarixinin ən çətin vaxtlarını yaşayır. Bu böhranı bütün vətəndalarımız birgə, qaydalara, şəxsi gigiyena tələblərinə əməl edərək qalib gələ biləcəyik. Mən inanıram ki, bu virus bəlası bizim birliyimizi, əzmkarlğımızı daha da artıracaq, qarşıya qoyulmuş məqsədlərə çatmağa, problemlərimizi həll etməyə bir təkan verəcək”.

Son xəbərlər

Orphus sistemi