Tbilisidə keçirilən konfransda Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan üçün faydalarından danışılıb

Tbilisidə keçirilən konfransda Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan üçün faydalarından danışılıb Bildirilib ki, bu, yol infrastrukturunun yenilənməsinə və yeni logistik mərkəzlərin yaradılmasına təkan verib
İnfrastruktur
22 May , 2018 23:36
Tbilisidə keçirilən konfransda Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan üçün faydalarından danışılıb

Tbilisi. 22 may. REPORT.AZ/ “Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin işə düşməsi və bir sıra inkişaf etmiş ölkələrin Böyük İpək Yoluna qoşulması Gürcüstanda yol infrastrukturunun yenilənməsinə və yeni logistik mərkəzlərin yaradılmasına təkan verib”.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu fikirlər “Tbilisinin inkişafı iqtisadi mərkəz kimi” mövzusunda Gürcüstan paytaxtında keçirilən konfransda səslənib.

Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Nəqliyyat və Logistika Departamentinin rəis müavini David Cavaxadze konfransda çıxış edərək Tbilisi, Kutaisi və ölkənin digər iri şəhərlərində yaradılan və yaradılması nəzərdə tutulan logistik mərkəzlər, yeni avtovağzal, aeroport və dəniz limanları kompleksləri, Anakli dəniz limanının tikintisi barədə məlumat verib.

O bildirib ki, irimiqyaslı enerji, nəqliyyat layihələri Gürcüstanın inkişafında mühüm rol oynayır. Gürcüstan bu gün iqtisadi mərkəzə çevrilib.

“Bakı-Tbilisi-Qars dəmir yoluna marağın artması, Çindən Avropaya qədər uzanan İpək yolunun bərpası bizə yeni infrastruktur layihələri həyata keçirməyə imkan verir. Biz qonşu ölkələrlə birgə yeni layihələr hazırlayırıq”, - deyə, Cavaxadze vurğulayıb.

Onun sözlərinə görə, Gürcüstan magistral yolların yenidən qurulması istiqamətində də mühüm işlər görür. Bunun üçün xarici investisiyalara ehtiyac var.

Son xəbərlər

Orphus sistemi