Taksi fəaliyyətinə görə ödənilən dövlət rüsumunda artım olubmu?

Taksi fəaliyyətinə görə ödənilən dövlət rüsumunda artım olubmu? “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli müvafiq Qanunu ilə Azərbaycan Respublikası Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, “Fərqlənmə nişanı” almaq üçün vergi ödəyicisinin ərizəsinə həm də məcburi dövlət sosial sığorta haqqının ödənilməsini təsdiq edən bank ödəniş sənədi əlavə edilməlidir.
İnfrastruktur
587
22 İyun , 2020 13:44
Taksi fəaliyyətinə görə ödənilən dövlət rüsumunda artım olubmu?
Report

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli müvafiq Qanunu ilə Azərbaycan Respublikası Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, “Fərqlənmə nişanı” almaq üçün vergi ödəyicisinin ərizəsinə həm də məcburi dövlət sosial sığorta haqqının ödənilməsini təsdiq edən bank ödəniş sənədi əlavə edilməlidir.

“Report” xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova məlumat verib.

Onun sözlərinə görə, sözügedən Qanunun 2.4-cü maddəsində məcburi dövlət sosial sığorta haqqının ödənilməsi ilə bağlı dəyişikliklərin “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” və “Fərqlənmə nişanı” ilə bağlı ediləcək dəyişikliklərlə eyni gündə qüvvəyə minəcəyi qeyd olunurdu: 

“Bildiririk ki, 2020-ci il 8 may tarixli “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunlar qəbul edilib. Sözügedən qanunlarda “Fərqlənmə nişanı”nın alınması üçün vergi ödəyicisinin ərizəsinə eyni zamanda məcburi dövlət sosial sığorta haqqının ödənilməsini təsdiq edən bank ödəniş sənədinin əlavə edilməsi bir daha təsbit olunub. Yuxarıda qeyd olunanlardan irəli gələrək qeyd edim ki, əvvəlki qanunvericiliyə uyğun olaraq “Fərqlənmə nişanı”nın alınması üçün sadələşdirilmiş vergi və reysqabağı texniki və tibbi müayinə üçün ödəniş edilirdi. Lakin mövcud qanunvericiliyə əsasən isə “Fərqlənmə nişanı”nın alınması üçün əlavə olaraq məcburi dövlət sosial sığorta haqqı da ödənilməlidir. Odur ki, sadələşdirilmiş verginin məbləğində hər hansı dəyişiklik edilməyib”.

Orphus sistemi