Tahir Budaqov: "Azərbaycan milli statistika sistemini qlobal səviyyəyə uyğunlaşdırmalıdır"

Tahir Budaqov: "Azərbaycan milli statistika sistemini qlobal səviyyəyə uyğunlaşdırmalıdır" Dövlət Statistika Komitəsinin sədri: "İnformasiya təminatının həyata keçirilməsi statistiklərin üzərinə yeni vəzifə qoyur"
İnfrastruktur
30 May , 2017 10:36
Tahir Budaqov: Azərbaycan milli statistika sistemini qlobal səviyyəyə uyğunlaşdırmalıdır

Bakı. 30 may. REPORT.AZ/ Azərbaycan milli statistika göstəriciləri sistemi və onların məlumat bazalarının kəmiyyət və keyfiyyətini qlobal səviyyəyə uyğunlaşdırmalı, habelə statistik potensialın gücləndirilməsi üçün resursları səfərbər etməlidir.

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən yüksək səviyyəli rəsmi statistiklər üçün Dayanıqlı İnkişaf Məqsədləri üzrə məlumat və statistikaya dair sub-regional seminarda çıxışı zamanı Dövlət Statistika Komitəsinin (DSK) sədri Tahir Budaqov bildirib.

T. Budaqov əlavə edib ki, "Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik"lə müəyyən edilmiş məqsəd və hədəflər üzrə irəliləyişin milli, regional və qlobal səviyyədə monitorinqinin aparılması üçün tələb olunan yüksəkkeyfiyyətli, əlçatan, vaxtlı-vaxtında verilən, etibarlı və təfsilatlı məlumatların təmin edilməsi baxımından BMT-nin Statistika Komissiyasının 48-ci sessiyasında təsdiq edilmiş qlobal göstəricilər sistemi böyük əhəmiyyətə malikdir.

"Dayanıqlı İnkişaf Məqsədlərinə nailolma vəziyyətinin qiymətləndirilməsi üçün informasiya təminatının həyata keçirilməsi statistiklərin üzərinə yeni vəzifə qoyur", - deyə T. Budaqov qeyd edib.

Son xəbərlər

Orphus sistemi