Tacikistan Azərbaycan və Gürcüstana təyyarə reysləri açacaq

Tacikistan Azərbaycan və Gürcüstana təyyarə reysləri açacaq Bu ilin mayında Tacikistan Azərbaycana birbaşa təyyarə reysləri açmağa hazırlaşır.
İnfrastruktur
1 Fevral , 2023 16:10
Tacikistan Azərbaycan və Gürcüstana təyyarə reysləri açacaq

Bu ilin mayında Tacikistan Azərbaycana birbaşa təyyarə reysləri açmağa hazırlaşır.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Tacikistan Mülki Aviasiya Agentliyinin rəhbəri Dilşod Safarzoda mətbuat konfransında bildirib.

“Hazırda bununla bağlı bəzi məsələlərin razılaşdırılması üçün görüşlər keçirilir”, - o vurğulayıb.

Onun sözlərinə görə, Gürcüstanla da hava əlaqələrinin açılması planlaşdırılır: “Bu, apreldə həyata keçirilə bilər”.

D.Safarzoda hansı hava daşıyıcısının fəaliyyət göstərəcəyi, reyslərin vaxtı və biletlərin qiymətinin hələ məlum olmadığını deyib.

Son xəbərlər

Orphus sistemi