Şuşada yeni su anbarının tikintisinə başlanılıb
İnfrastruktur
- 01 mart, 2023
- 10:26
Şuşa şəhərində dəniz səviyyəsindən 1 406 metr hündürlükdə yeni su anbarı tikilir.
"Report" xəbər verir ki, bunu "Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı Şuşa şəhərinin içməli su təchizatı sistemlərinin tikintisi layihəsi çərçivəsində görülən işlərin geniş ictimaiyyətə çatdırılması məqsədilə şəhərə təşkil edilən səfər zamanı deyib.
O qeyd edib ki, yeni anbar bu ilin sonuna kimi istifadəyə veriləcək:
"Anbar iki hissədən ibarətdir və hər birinin həcmi 1 000 kubmetrdir. Anbar vasitəsilə suyun optimal idarəetməsi və dayanıqlılığı təmin edilir. Anbarda toplanan su elektrik enerjisi olmadan Şuşa şəhərinə paylanacaq. Bu anbar baş verən istənilən qəza zamanı şəhərin su təchizatının fasiləsiz davam etməsini təmin edəcək".
Son xəbərlər
02:07
"Yle": Finlandiyanın "F-35" qırıcısı texniki nasazlıq səbəbindən Azor adalarında qalıb
Digər ölkələr01:49
Foto
Dmanisidən olan azərbaycanlı idmançı Gürcüstan çempionu titulunu qazanıb
Fərdi01:34
ABŞ-də dizelin qiyməti rekordu yeniləyib
Digər ölkələr01:06
Albaniyada Dayanıqlı İnkişaf Məqsədlərinin sürətləndirilməsi üçün 6 milyon dollar ayrılıb
Digər ölkələr00:37
Haaqada iğtişaşlar səbəbindən 24 nəfər saxlanılıb
Digər ölkələr00:10
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Qarabağ00:05
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb
Daxili siyasət00:05
Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür
Qarabağ00:00