Şuşada 70 min kubmetrlik sutoplayıcı bənd yaradılacaq

Şuşada 70 min kubmetrlik sutoplayıcı bənd yaradılacaq Hazırda Şuşada 25 min kubmetrlik sutoplayıcı bənd mövcuddur, gələcək layihələr çərçivəsində isə 70 min kubmetrlik su anbarının yaradılması nəzərdə tutulub.
İnfrastruktur
1 Mart , 2023 13:00
Şuşada 70 min kubmetrlik sutoplayıcı bənd yaradılacaq
Oqtay Həziyev

Hazırda Şuşada 25 min kubmetrlik sutoplayıcı bənd mövcuddur, gələcək layihələr çərçivəsində isə 70 min kubmetrlik su anbarının yaradılması nəzərdə tutulub.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərsu" ASC-nin işğaldan azad olunmuş ərazilərindəki xidmət rəisi Oqtay Həziyev bildirib.

"Şuşada yeni su mənbələri axtarılır. Hazırda şəhərə iki istiqamətdən Zarıslı və Nəbilər mənbələrindən su xətti mövcuddur. Bunlar da Kiçik Kirs dağının ətəyindən gəlir. Yayda suyun həcmi artıq olduğu zaman bəndlərə ehtiyac qalmır. Müəyyən qəzalarda və digər hallarda mövcud olan Zarıslı və Nəbilər mənbələri vasitəsi ilə Şuşa şəhəri içməli su ilə təmin olunacaq. Hazırda Şuşada bərpa-quruculuq işləri getdiyi və gələcəkdə buraya vətəndaşlar köçürüləcəyi üçün yeni su mənbələrinə ehtiyac var idi", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi