“Şuşa” tankeri təmir olunub

“Şuşa” tankeri təmir olunub Bakı. 4 dekabr. REPORT.AZ/ “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin nəqliyyat donanmasına məxsus “Şuşa” tankeri təmir olunub.
İnfrastruktur
4 Dekabr , 2017 16:12
“Şuşa” tankeri təmir olunub
Seanews.az

Bakı. 4 dekabr. REPORT.AZ/ “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin nəqliyyat donanmasına məxsus “Şuşa” tankeri təmir olunub.

Şirkətdən “Report”a verilən məlumata görə, tankerin sualtı və suüstü hissələri təmizlənərək rənglənib. Avar vallarının, pərlərin, baş göyərtədə buxar borusu, köməkçi qazanların klapanları, baş və köməkçi mühərriklərdə yağ və hava soyuducuları əsaslı təmir olunub.

Üzən vasitənin idarəetmə sistemləri sazlanıb. Gövdə hissəsində lazımı gövdə-qaynaq işləri aparılıb. Tərsanə təmiri zamanı gəminin sualtı hissəsi, sükan və köməkçi qurğuları, kinqston qutuları, lövbər zəncirləri, nasoslar da təmir olunub.

"Şuşa" tankerinin uzunluğu 149,9 metr, eni 17,3 metr, maksimal sürəti 12 uzeldir.

Xatırladaq ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin tanker donanması Xəzər hövzəsində aparıcı mövqeyə malikdir. Yükdaşımalarda xüsusi çəkisini saxlamaq üçün donanmanın yeni gəmilərlə zənginləşməsinə xüsusi əhəmiyət verilir. Yaxın gələcəkdə gəmiqayırmanın son nailiyyətləri əsasında inşa olunan yeni tankerlər hesabına donanmanın daha da gücləndirilməsi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi