Suriya aviaşirkətləri uçuşları Azərbaycanın hava məkanından həyata keçirməyə məcbur olub

Suriya aviaşirkətləri uçuşları Azərbaycanın hava məkanından həyata keçirməyə məcbur olub Bakı. 28 iyun. REPORT.AZ/ Gürcüstan Suriya aviaşirkətləri üçün hava məkanını bağlayıb.
İnfrastruktur
28 İyun , 2018 12:04
Suriya aviaşirkətləri uçuşları Azərbaycanın hava məkanından həyata keçirməyə məcbur olub
0 : 00
0 : 00

Bakı. 28 iyun. REPORT.AZ/ Gürcüstan Suriya aviaşirkətləri üçün hava məkanını bağlayıb. 

"Report" Gürcüstan mətbuatına istinadən xəbər verir ki, buna səbəb Suriyanın Abxaziya və Cənubi Osetiyadakı separatçı rejimlərin müstəqilliyini tanımasıdır. 

Qeyd edək ki, Suriyanın 2 aviaşirkəti - "Syrian Air" и "Cham Wings" paytaxt Dəməşqdən Rusiyaya uçuşları Gürcüstan üzərindən həyata keçirirdi. 

"Sakaeronaviqasiya" MMC-nin baş direktoru Qoça Mezrişvilinin sözlərinə görə, hava məkanı bağlandığına görə hazırda ərəblər Azərbaycan üzərindən uçmağa məcbur olub, bu isə uçuş vaxtını artırır. 

Son xəbərlər

Orphus sistemi