Sumqayıtdakı avtobuslarda gedişhaqqının kartla ödənilməsinə başlanılıb

Sumqayıtdakı avtobuslarda gedişhaqqının kartla ödənilməsinə başlanılıb “Nəqliyyat, "Visa"nın MDB və Cənub-Şərqi Avropa bölgəsindəki təmassız ödənişlərin inkişafı baxımından prioritetlərindən biridir.
İnfrastruktur
25 Noyabr , 2020 13:14
Sumqayıtdakı avtobuslarda gedişhaqqının kartla ödənilməsinə başlanılıb

"PAŞA Bank" ASC, rəqəmsal ödəniş texnologiyalarında qlobal lider olan "Visa" şirkəti və Sumqayıt Şəhər İcra Hakimiyyətinə məxsus "Sumqayıt Nəqliyyat” MMC birlikdə şəhərdəki ictimai nəqliyyatda ilk dəfə olaraq gediş haqqının təmassız ödəniş kartları və NFC cihazları ilə ödənilməsi sistemini təqdim edib.

"Report" bu barədə Banka istinadən xəbər verir.

Məlumata görə, Sumqayıt sakinləri ictimai nəqliyyatda gediş haqqını istənilən təmassız bank kartı və NFC texnologiyasını* dəstəkləyən cihazlar (smartfonlar, “ağıllı” saatlar, üzüklər və s.) ilə indi daha rahat ödəyə bilər. Artıq şəhərdə 9 saylı marşrut üzrə hərəkət edən avtobuslarda xüsusi ödəniş terminalları quraşdırılıb. Gediş haqqını ödəmək üçün sadəcə olaraq təmassız bank kartını və ya NFC dəstəkli cihazını terminala yaxınlaşdırmaq kifayətdir. Bank kartları olmayan sərnişinlər üçün isə "PAŞA Bank" yeni "Visa" nəqliyyat kartları buraxıb. Həmin kartları avtobus dayancaqlarındakı köşklərdən əldə etmək, kart balansını isə "E-manat" və yaxud "MilliÖn" ödəmə terminalları vasitəsilə artırmaq mümkündür.

"PAŞA Bank"ın İdarə Heyətinin üzvü, Baş Əməliyyat İnzibatçısı Cəlal Orucovun sözlərinə görə, son illər ərzində nağdsız ödənişlər bazarı bütün dünyada olduğu kimi, Azərbaycanda da fəal şəkildə inkişaf etməkdədir: "Bu, ilk növbədə yeni elektron ödəmə vasitələrinin - təmassız ödəmə kartlarının, mobil ödəmə alətlərinin meydana çıxması, rəqəmsal həllərin populyarlığı və rahatlığı ilə əlaqədardır. Təmassız ödənişlərin həmçinin sərnişindaşıma sahəsində də geniş istifadəsinə böyük əhəmiyyət verilməkdədir. Sumqayıt ictimai nəqliyyatında tətbiq olunmuş texnoloji həllin ödənişlərin sürətini və təhlükəsizliyini artıracağına əminik. Daima yeniliklərə imza atan "PAŞA Bank" ölkə iqtisadiyyatının fərqli seqmentlərində beynəlxalq təcrübələri və müasir texnoloji həlləri tətbiq etməyə davam edəcək".

“Nəqliyyat, "Visa"nın MDB və Cənub-Şərqi Avropa bölgəsindəki təmassız ödənişlərin inkişafı baxımından prioritetlərindən biridir. Rəqəmsal ödənişlər ağıllı şəhərlərin ayrılmaz hissəsidir və ictimai nəqliyyat şəhərlərin ağıllı transformasiyasına başlamaq üçün əsas kanallardan biridir. "Visa"nın qlobal təcrübəsindən yararlanaraq tərəfdaşlarımızla birlikdə səmərəli ödəmə həlli hazırlayaraq Ukrayna, Belarus, Gürcüstan və Qazaxıstanda bir sıra nəqliyyat layihələrini başladıq. Bu ilin əvvəlində Bakı şəhər nəqliyyatlarında ilk təmassız ödəniş layihəsinə start verdik. Bu gün, "PAŞA Bank" ilə tərəfdaşlıq çərçivəsində Sumqayıt istifadəçiləri üçün sürətli, etibarlı və rahat ödənişlərin yaradılmasına və Azərbaycanın güclü, innovativ ödənişlər ekosisteminin qurulması istiqamətində irəliləməsinə kömək etmə niyyətimizi nümayiş etdiririk”, - deyə, "Visa"nın Qafqaz regionu üzrə meneceri Kristina Doros vurğulayıb.

"PAŞA Bank", "Visa" və "Sumqayıt Nəqliyyat”ın birgə təqdim etdiyi ilə və sərnişinlərin rahatlığını təmin edən təmassız ödəniş imkanından yaxın gələcəkdə Sumqayıtın ictimai nəqliyyatının bütün marşrutları üzrə yararlanmaq mümkün olacaq. Bu ödəniş üsulu sayəsində sərnişinlər istənilən təmassız bank kartı ilə əlavə səy göstərmədən və asanlıqla ictimai nəqliyyat üzrə gediş haqqını ödəyə biləcəklər. Sumqayıt şəhərinin bütün avtobuslarında validatorların quraşdırılması bu ilin sonuna qədər planlaşdırılır.

NFC texnologiyası məlumatın təmassız ötürülməsinə əsaslanır. NFC dəstəkləyən mobil telefon, “ağıllı” saat və ya ödəniş üzüyünü avtobuslarda quraşdırılan terminala yaxınlaşdırmaqla ödəniş etmək mümkündür.

Son xəbərlər

Orphus sistemi